ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin IV turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5.
Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.
Turun digər görüşlərinə gəldikdə, rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Hazırda hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla norveçli hazırkı dünya çempionu Maqnus Karlsen qarşılaşır. Eyni zamanda Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) və Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ) görüşləri keçirilir.
On şahmatçının mübarizə apardığı "Sinquefield Cup" 300 min dollar mükafat fonduna malikdir. Qalib 75 min dollar qazanacaq.