22 Avqust 2018 10:44
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Futbol Federasiyası Təbrizin “Traktor” və Tehranın “İstiqlal” komandaları arasında keçirilmiş görüşdə baş verən hadisələrlə bağlı qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, qurum ən ağır cəzanı gözlənilənin əksinə olaraq Tehran təmsilçisinə yox, “Traktor”a verib.

Federasiyanın qərarına görə, “İstiqlal” klubu tərəfdarlarının rəqib komandanın tərəfdarlarına qarşı zorakılıq etdiklərinə görə yalnız 10 milyon tümən cərimə ödəməlidir.

“Traktor” klubu isə tərəfdarlarının oturacaqları qırdığına, pilləkənləri zədələdiklərinə və söyüş söydüklərinə görə 20 milyon tümən cərimə ödəyəcək. “Traktor” bundan əlavə, tərəfdarlarının stadiona zərər vurduqları üçün də 42 milyon 815 min tümən məbləğində vəsait ödəməlidir.

Federasiya yenə də qarşılaşmada “İstiqlal” tərəfdarlarının Güney Azərbaycan təmsilçisinə irqçi hücumlarına və təhqirlərinə göz yumub.

Qeyd edək ki, “Traktor” bundan əvvəl də federasiyanın ağır cəzası ilə üzləşib. Federasiya milli şüarlar səsləndirdiklərinə görə, “Traktor” stadiona 7 azarkeşsiz çıxacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər