23 Avqust 2018 08:00
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Sent-Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin beşinci turu oynanılıb.

Teleqraf.com xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. Oyun heç-heçə başa çatıb. Bu tur çərçivəsində keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.

Beş turdan sonra beş şahmatçı - Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk, Levon Aronyan, Fabiano Karuana və Maqnus Karlsen hərəyə 3 xal toplayıblar.

Ümumi mükafat fondu 300 min dollar olan turnir avqustun 27-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər