Belçikanın “Gent” klubunun sabiq hücumçusu Mamadu Silla Diallo “Qarabağ”da oynamaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, 24 yaşlı seneqallı forvard özü bu barədə məlumat verib.
O, “Qarabağ”la yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı və Avropanın orta səviyyəli klublarının təkliflərini rədd etdiyini deyib. Mamadu Belçikanın digər təmsilçisi “Sulte Vareqem”ə transfer olub.
Qeyd edək ki, hücumçu “Barselona”nın yetirməsidir. O, peşəkar karyerasına “Espanyol”da başlayıb. Silla “Rasinq” və “Eypen” klublarında da çıxış edib.