"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir".
Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovada "Şerif"ə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir: "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" və "Şerif" arasındakı cavab görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.