24 Avqust 2018 17:27
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıda cavab oyunu var. Dünənki görüş haqqında fikir bildirməyək.

Teleqraf.com xəbər verir ki, “Qarabağ” klubunun Moldova “Şerif”i ilə keçirdiyi görüşə dair fikirlərini bölüşən sabiq FİFA referisi və “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanov belə deyib.

O qeyd edib ki, ikinci matçdan sonra tənqidlərə, təhlillərə kifayət qədər vaxt olacaq:

“Bakıda 25-30 min azarkeşin təzyiqi ilə “Şerif”in qapısına 3-4 cavabsız qol vurmaq olar. Bütün futbol ictimaiyyətini, jurnalistləri, azarkeşləri tək Qarabağ adına deyil, Azərbaycan futbolu adına “Qarabağ”a dəstək olmağa çağırıram”.

Qeyd edək ki, “Qarabağ” klubu avqustun 23-də Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 8-ci dəqiqədə Rifet Kapiç vurub. Cavab görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər