“Barselona” “Valyadolid”in ev oyunlarını keçirdiyi “Xose Sorrilyo” stadionunun ot örtüyünün vəziyyətindən narazı qalıb.
Teleqraf.com-un “Marca”ya istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi bununla bağlı La Liqa rəhbərliyinə şikayət edəcək. Komandanın müdafiəçisi Jerar Pike də matçdan sonra qazonun biabırçı vəziyyətdə olduğunu söyləyib.
Qeyd edək ki, “Barselona”nın “Valyadolid”i 1:0 hesabı ilə məğlub etdiyi dünənki oyunun gedişində ot örtüyünün bəzi hissələri qopub. Bu isə ötürmələr zamanı tez-tez topun trayektoriyasının dəyişməsinə səbəb olub.