"Liverpul"un qapıçısı Loris Kariusun "Beşiktaş"a keçidi rəsmiləşib.
Teleqraf.com klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı qolkiperlə müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, 2 mövsüm icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək. L.Karius yeni klubunda 1 nömrəli forma geyinəcək. "Beşiktaş" müqavilənin müddəti başa çatdıqdan sonra Kariusu təzminat ödəyərək birdəfəlik ala biləcək.
Qeyd edək ki, L.Karius 2016-cı ildən "Livepul"da oynayırdı. O, ötən mövsüm Çempionlar Liqasının finalında “Real”la oyunda (1:3) etdiyi kobud səhvlərlə yadda qalmışdı. Hətta 25 yaşlı qolkiper buna görə ölümlə təhdid olunmuşdu.