30 Avqust 2018 00:45
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildən Azərbaycanın şərəfini qoruyan ukraynalı kanoeçi, "Rio-2016" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İnna Osipenko-Radomskya anti-dopinq qaydalarını pozduğuna görə, 4 il müddətinə cəzalandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Kanoe Federasiyasının (ICF) saytında dərc olunub.

Bildirilir ki, sentyabrda 36 yaşı tamam olacaq Osipenko-Radomskaya 2018-ci ilin mayında yarışdankənar dopinq testindən keçməkdən imtina etdiyi üçün cəzalandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər