30 Avqust 2018 10:02
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük.

Bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Şerif"lə oyun ərəfəsində deyib.

Q.Qurbanov qeyd edib: "Bu mərhələdə son oyunumuzdur. Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacağıq. Həddindən artıq soyuqqanlı olaraq, öz oyunumuzu oynamalıyıq".

Baş məşqçi vurğulayıb ki, komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir: "Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük".

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin cavab matçında bu gün "Qarabağ" Moldova "Şerif"ini qəbul edəcək. İlk oyunda qonaqlar minimal hesablı qələbə qazanıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər