Auto Azerbaijan şirkətinin idarə heyyətinin sədri vəzifəsinə Ziya Babayev təyin olunub. Ziya Babayev əvvəllər bu şirkətdə sədr müavini vəzifəsində çalışıb.
Teleqraf.com AzNews.az-a istinadən xəbər verir ki, Auto Azerbaijan şirkəti ölkəmizdə populyar olan Hyundai və digər avtomobil istehsalçılarının rəsmi distibyutorudur.
Qeyd edək ki, Ziya Babayev həm də AFFA-da Arbitraj komitəsinin sədridir.