31 Avqust 2018 12:59
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran çempionatının növbəti turunda baş tutmuş derbi Təbriz “Traktor”unun qələbəsi ilə başa çatıb.

Teleqraf.com xəbər verir ki, “Səhənd” stadionunda “Maşınsazi”ni qəbul edən “Traktor” oyunu 2-1 hesabı ilə başa vurub.

“Traktor”dan Antoni Stux (48) və Məsud Şucayi (60) fərqlənib. “Maşınsazi”nin yeganə qolunu isə İrfan Əfzar əlavə edilmiş dəqiqədə (92) vurub.

İran Futbol Federasiyasının cəzasına görə oyunu cəmi 40 tamaşaçı izləyib. Qarşılaşma ərzində milli şüarlar səsləndirilib.

Güney Azərbaycandan olan azarkeşlər yazılı pankartlar açaraq, qadınların stadiona girişinin qadağan edilməsinə etiraz bildiriblər. Onlar “Stadiona gəlmək qadınların haqqıdır”, “Qadınlara azadlıq” və “Oğlanlar=Qızlar” sözləri ilə etirazlarını dilə gətiriblər.

Qeyd edək ki, İranda qadınlar və azyaşlı qız uşaqlarının stadionlara girişi qadağandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər