Yoldaşlıq oyunu üçün Çanaqqalaya gələn məşhur türk futbolçu Əmrə Aşık və həyat yoldaşı Yağmur Aşık mübahisə edərkən döyülüblər.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində cütlük yaralanıb.
Oyundan əvvəl foto çəkilişlərinə tələsən futbolçu və həyat yoldaşı Çanaqqalaya gəmi ilə gəlmək istəyiblər. Hadisə də bu vaxt baş verib.
Gəmi qarşısındakı izdihamı yararaq qabağa keçmək istəyən Əmrə Aşıkın bu tələbi gəmi işçiləri tərəfindən rədd edilib. Bundan sonra mübahisəyə qarışan Yağmur Aşık onları söyüb.
Nəticədə mübahisə düşüb və gərginlik cütlüyün döyülməsi ilə yekunlaşıb.