4 Sentyabr 2018 16:29
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən mövsümün sonu "Qarabağ"dan ayrılaran İbrahim Şehiç Bakıda idman məktəbi açacaq.

Teleqraf.comun xəbəriinə görə, Bosniya və Herseqovina millisinin üzvü bu barədə şəxsi Feysbuk səhifəsində yazıb.

Hazırda türkiyənin “Ərzurumspor” klubunda çıxış edən 30 yaşlı qolkiper yeni məktəbin fəaliyyəti ilə bağlı məlumat verib: "Yaxın zamanlarda Azərbaycanda İdman Təhsil Mərkəzinin açılışı olacaq. Mən və idmançı dostlarımın töhfələriylə azərbaycanlı gənc istedadlıları çalışdıraraq, bildiyimiz bütün şeyləri onlara öyrətmək istəyirik. Biz həmin istedadlıların Bosniya və Herseqovina, Rusiya, Türkiyə, Yunanıstan və yerli klublara transferi üçün çalışacağıq. Məqsədimiz Azərbaycandakı istedadlı uşaqların yoxa çıxmamasıdır. İlk 3 ay ərzində məktəb ödənişli olacaq. Daha sonra isə istedadlılar pulsuz çalışacaq. Bütün şərtlər yaxın zamanlarda açıqlanacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər