7 Sentyabr 2018 13:30
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunu üçün təyinatlar açıqlanıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 10-da baş tutacaq matçı Montoneqrodan olan hakimlər briqadası idarə edəcək. Görüşün referisi Nikola Dabanoviç olacaq. Yan xətt hakimi funksiyasını Milutin Cukiçlə Yovitsa Tatar yerinə yetirəcək. Dördüncü hakim Aleksandar Cikanoviçdir. Milovan Milaçiç və Miloş Boşkoviç isə baş hakimin əlavə köməkçiləridir.

Oyunun hakim-inspektoru lüksemburqli Luk Vilymas, UEFA nümayəndəsi isə ingiltərəli Qraham Hover olacaq.

Qeyd edək ki, Ta Qali Milli stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər