9 Sentyabr 2018 08:18
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir başa çatıb.

Teleqraf.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yarışların sonuncu günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Əhmədnəbi Qvarzatilov (61 kq) finalda Monqolustan təmsilçisinə 8:4 hesabı ilə qalib gələrək çempion olub. İbrahim Yusubov (79 kq) isə Türkiyədən olan rəqibini 12:8 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.

Xatırladaq ki, bir gün əvvəl Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) bürünc medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər