“Bu, adi məğlubiyyət deyil. Ona görə də özümüzü fərqli hiss edirik. Bu, daha çox alçaldıcı duyğudur”.
Bu sözləri “Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorsson ölkəsinin mətbuatına açıqlamasında deyib. Yığmasının UEFA Millətlər Liqasının A divizionun 2-ci qrupunun ilk turunda səfərdə İsveçrəyə 0:6 hesablı məğlubiyyətini şərh edən 34 yaşlı qolkiper bu oyunu unutmalı olduqlarını bildirib:
“İndi qarşıdakı oyuna baxmalı və nəyə qadir olduğumuzu göstərməliyik. Bizim xarakterimiz var. Bunu Belçika ilə ev oyununda sübut edəcəyik”.
Qeyd edək ki, İsveçrəyə 0:6 hesabı ilə uduzduqları matçda İslandiya millisinin qapısını Halldorsson qoruyub.
\Qol.az\