10 Sentyabr 2018 14:40
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "Sent-Etyen" klubunun futbolçusu Vilyam Qomis silahlı atışmada öldürülüb.

"Report" "Var-Matin" nəşrinə istinadən xəbər verir ki, hadisə Var departamentində qeydə alınıb.

20 yaşlı gənc oyunçu ilə yanaşı 14 yaşlı yeniyetmə də güllələnib. Fransa klubu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Atışma sentyabrın 9-dan 10-na keçən gecə baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər