18 Sentyabr 2018 23:44
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya A Seriyasının son turunda “Sassuolo” ilə oyunda rəqib futbolçusunun üzünə tüpürən “Yuventus”un yarımmüdafiəçisi Duqlas Kostanın cəzası açıqlanıb.

Teleqraf.com xəbər verir ki, İtaliya Futbol Federasiyası braziliyalı futbolçunu 4 oyunluq cəzalandırıb.

Qeyd edək ki, Kosta matçın 90+4-cü dəqiqəsində rəqib futbolçusu Federiko Di Françeskonun üzünə tüpürüb. 28 yaşlı futbolçu 3 dəqiqə əvvəl isə Federikoya başla zərbə vurmaq istəyib. Hər iki epizodda sarı vərəqə alan Kosta meydandan qovulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər