20 Sentyabr 2018 00:25
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci tur matçında Kriştiano Ronaldo qırmızı vərəqə alıb.

Teleqraf.com xəbər verir ki, “Yuventus”un hücumçusu “Valensiya” ilə səfər matçının 29-cu dəqiqəsində meydandan qovulub.

Portuqaliyalı ulduzun “Valensiya”nın müdafiəçisi ilə topsuz bölgədə mübarizəsi zamanı rəqib yerə yıxılıb. Hakim isə Ronaldonun hərəkətini idmançıya yaraşmayan hərəkət kimi qiymətləndirib və qırmızı vərəqə göstərib.

Qeyd edək ki, “Yuventus” 10 nəfər qalmasına baxmayaraq 45-ci dəqiqədə Pyanişin penalti qolu ilə ilk hissəni öndə başa vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər