21 Sentyabr 2018 09:36
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir tədbir saat 14:00-da start götürəcək.

Açılışda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, dövlət rəsmiləri, müxtəlif idman növləri üzrə beynəlxalq assosiasiyaların nümayəndələri, cüdo üzrə milli federasiyaların başçıları və digər şəxslər iştirak edəcəklər.

Açılış mərasimi rəsmi və bədii hissədən ibarət olacaq. Bədii hissənin əvvəlində qrafik video elementlərdən ibarət videoçarx təqdim olunacaq. Sonra Azərbaycan incəsənət xadimlərinin eksklüziv olaraq tədbir üçün hazırlanmış çıxışları baş tutacaq. Ardınca dünya şöhrətli italiyalı müğənni Al Bano konsert proqramı ilə çıxış edəcək.

İkinci yarış günündə qadınların fərdi mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan millisini bu çəkilərdə müvafiq olaraq, Buyankişiq Purevsuren və Nicat Şıxəlizadə təmsil edəcəklər.

Hər iki idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Qadınlar

52 kq

1/32 final. Buyankişiq Purevsuren - Çelsi Gilz (Böyük Britaniya)

Kişilər

66 kq

1/32 final. Nicat Şıxəlizadə - Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 5-ci yeri tutub. Eyni çəkidəki Orxan Səfərov və 48 kq çəkidə yer alan Aişə Qurbanlı isə 1/8 finalda uduzub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər