Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Teleqraf.com UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Bayer"in (Leverkuzen) yarımmüdafiəçisi Kay Havertz ən yaxşı oyunçu seçilib. O, səsvermədə Pyer-Emerik Obameyanq ("Arsenal"), Ever Baneqa ("Sevilya") və İzet Hayroviçi ("Dinamo" Zaqreb) qabaqlayıb.
Qeyd edək ki, K.Havertz "Ludoqorets"lə matçda 2 qol vurub.