2 Oktyabr 2018 20:57
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb - 2,5:1,5.

Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb.

Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.

Gürcüstan - Azərbaycan - 1,5:2,5

Salome Meliya - Günay Məmmədzadə - 0:1

İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova 1:0

Sofio Qvetadze - Xanım Balacayeva - 0:1

Sopiko Xuxaşvili - Gülnar Məmmədova - 0,5:0,5


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər