7 Oktyabr 2018 14:08
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu UFC-nin prezidenti Deyn Uayt dilə gətirib.

Onun sözlərinə görə, Həbib cərimə və ya diskvalifikasiya oluna bilər: "Əgər diskvalifikasiya uzunmüddətli olacaqsa, biz onun çempion titulundan məhrum edəcəyik. Əlbəttə ki, sanksiyalar olacaq. Döyüşdən sonra kütlənin üstünə hücum edən oğlan burada bir daha döyüşə bilməz".

Onun szölərinə görə, araşdırmanın sonuna qədər Həbib Nurməhəmmədova döyüş üçün nəzərdə tutulan iki milyon dollar məbləğində qonorarı almayacaq. İdmançıya həmçinin televiziya yayımından əldə olunan gəlirdən faiz də ödənilməyə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər