Spor Toto Super Liqansının 8-ci həftəsində “Fənərbaxça” doğma meydanda “Medipol Başakşehir”lə qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, “Fənərbaxça” ilə “Medipol Başakşehir” arasında 90 dəqiqəlik kritik qarşılaşmanın sonunda tərəflər qolsuz bərabərliklə razılaşıb.
Fənərbaxça bu hesabla Super Liqanın son 3 həftəsini qalibiyyətsiz bağladı.
Bu nəticə ilə “Fənərbaxça” Spor Toto Super Liqada 8, “Medipol Başakşehir” isə 15 bal aldı.
Qeyd edək ki, oyunda “Fənərbaxça” oyunçularından 34-cü dəqiqədə Reyes, 38-ci dəqiqədə Neustaedter, 83-cü dəqiqədə Isla, 87-ci dəqiqədə Hasan Ali Kaldırım, “Medipol Başakşehir” oyunçularından 41-ci dəqiqədə Da Costa, 58-ci dəqiqədə İrfan Can Kahveci, 60-cı dəqiqədə Epureanu, 65-ci dəqiqədə Elia sarı vərəqə alıb.