Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə ilin sonuncu dünya kuboku yarışları keçirilib.
Teleqraf.com xəbər verir ki, turnirin sonuncu günündə il ərzində təşkil olunmuş bütün dünya kuboklarının yekun xalları əsasında fərqlənmiş gimnastlara xüsusi kuboklar təqdim edilib. Azərbaycan gimnastı, tamblinq üzrə 2018-ci ilin Avropa çempionu Mixail Malkin bütün rəqiblərini üstələyərək kuboka layiq görülüb.
Batut gimnastikası üzrə sinxron proqramda qadın cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryova cari ildə bütün dünya kuboklarında topladıqları xalların hesabına əsasən birincilik əldə ediblər.