10 Oktyabr 2018 01:17
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Başakşəhər"in futbolçusu Arda Turanın cəzasının müddəti başa çatıb.

Teleqraf.com xəbər verir ki, baş məşqçi Abdullah Avcı şans verəcəyi təqdirdə, 31 yaşlı yarımmüdafiəçi ölkə çempionatının 9-cu turunda "Kayserispor"la matçda oynayacaq. Amma Türkiyə millisinin üzvü uzun müddətdir oynamadığı üçün onun start heyətdə meydana çıxacağı gözlənilmir.

Qeyd edək ki, A.Turan ötən mövsüm Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la oyunda hakimə qarşı intizamsız hərəkət edən A. Turan 16 oyunluq cəzalanmışdı. 31 yaşlı futbolçuya yan xətt hakimini itəlidiyi üçün 10, onu ölümlə hədələdiyi və təhqir etdiyi üçün isə 6 oyunluq cəza verilmişdi. Ancaq sonradan A.Turanın cəzası 10-a endirilmişdi.


Müəllif: Teleqraf.com