13 Oktyabr 2018 00:58
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Xalkidi yarımadasında keçirilən klublararası Avropa çempionatında Azərbaycanı təmsil edən “Odlar Yurdu” klubu qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, kişilərdən ibarət komanda Finlandiyanın “Komeon” klubuna 6:0 hesabı ilə qalib gəlib.

Qadınlardan ibarət heyət isə Sloveniyanın “Maribor” komandasını 3:1 hesabı ilə məğlub edib.


Müəllif: Teleqraf.com