14 Oktyabr 2018 21:55
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Millətlər Liqasında IV tura start verilib.

Teleqraf.com xəbər verir ki, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxıb. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə doğma meydanda Malta seçməsini qəbul edir. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışacaq.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olacaq. Qonaqlar xal itirəcəyi təqdirdə millimiz Maltanı udub, liderliyə də yüksələ bilər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

20:00. Azərbaycan - Malta - 0:1 (Birinci hissə)

Qol: Muskat, 37, Araz Abdullayev, 53 (1:1)

Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər