UEFA Millətlər Liqasının IV turu çərçivəsində millimiz Bakıda Malta millisi ilə qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, 1:1 başa çatan görüşdən sonra Malta millisinin baş məşqçisi Rey Farucia fikirlərini bildirib:
"Komandam çox yaxşı oynadı. Rəqib meydanında qol vurduq. Ağır səfərdən gəldiyimizə baxmayaraq, yaxşı nəticə qazandıq. Azərbaycan da çox yaxşı oynadı. Maraqlı oyun keçdi.
Mən insanlara qulaq asanam. Tənqidlər həyatın bir hissəsidir. Hər kəsin öz sözünü demək haqqı var. Əksinə bu tənqidlər məni növbəti görüşlərə daha da motivasiya edir.
Azərbaycan möhtəşəm komandadır. Onların gözəl oyunçuları var. Mən heç vaxt təslim olmuram. Biz hər oyundan oyuna təkmilləşirik. Bizim ən yaxşı oyunumuz Farer Adalarına qarşı idi, amma uduzduq. İngiltərə və Maltadan bura gəlmiş azarkeşlərimizə təşəkkürümü bildirirəm.
Meydanda uzanmaq futbolun bir hissəsidir. Düşünmürəm ki, oyunçularım vaxt apardı. Onlarla fəxr edirəm".