17 Oktyabr 2018 08:43
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd İbn Salman İngiltərənin “Mançester Yunayted” futbol klubunu satın almaq istəyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ərəblər klub üçün 3 milyard avro ödəməyə hazır olduqlarını bildiriblər. Lakin “Mançester Yunyated”in amerikalı sahibi, iş adamı Avram Qleyzer klubu satmaqdan imtina edib.

Qeyd edək ki, “Mançester Yunayted” son illər klubun səhmlərinin bir hissəsini sataraq böyük gəlir əldə edib.


Müəllif: Teleqraf.com