18 Oktyabr 2018 01:41
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Arsenal" klubunun qabonlu futbolçusu Pyer-Emerik Obameyanq milli komandası ilə Cənubi Sudana getməkdən imtina edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 29 yaşlı hücumçu futbolçuları aparacaq təyyarədən narazı qaldığı üçün bu addımı atıb.

Obameyanq və Qabonun daha bir neçə futbolçusu Afrika Millətlər Kubokunun qrup mərhələsi çərçivəsində Cənubi Sudan yığmasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək. Artıq "Arsenal"ın düşərgəsinə qayıdan futbolçunun zədə səbəbindən yığmanın düşərgəsini tərk etdiyi açıqlanıb.


Müəllif: Teleqraf.com