21 Oktyabr 2018 08:19
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisinin və İspaniyanın "Barselona" klubunun ulduz oyunçusu Lionel Messi İspaniya La Liqasının 9-ci turu çərçivəsində "Sevilya" ilə oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

Teleqraf.com xəbər verir ki, Messi "Sevilya" klubunun yarımmüdafiəçisi Franko Vaskeslə toqquşmadan sonra qolundan zədə alıb. Hadisə qarşılaşmanın 26-ci dəqiqəsində Kotolonya təmsilçisi hesabda 2:0 öndə olan vaxt baş verib. Argentinalı 26 dəqiqəyə həm fərqlənib, həm də məhsuldar ötürmə edib.


Müəllif: Teleqraf.com