İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyo Madrid "Real"ına qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 55 yaşlı mütəxəssis Mançesterdə xoşbəxt olduğunu və heç yerə getmək fikri olmadığını deyib.
Qeyd edək ki, bu mövsüm Premyer Liqaya zəif başlayan "Mançester Yunayted"in baş məşqçisi ilə yollarını ayıracağı məsələsi tez-tez gündəmə gəlir.
Xatırladaq ki, Joze Mourinyo daha əvvəl "Porto", "Çelsi", "İnter" və "Real" kimi klublarda çalışıb.