Almaniyanın "Bavariya" klubu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstan AEK-inə qarşı keçirəcəyi oyuna itki ilə çıxacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Frank Riberi onurğasındakı problemlərə görə, oyunu buraxacaq.
35 yaşlı yarımmüdafiəçinin nə vaxt sıralara dönəcəyi hələ məlum deyil.
Qeyd edək ki, AEK - "Bavariya" oyunu oktyabrın 23-də keçiriləcək.