Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir.
Teleqraf.com xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda Ukraynanın “Vorskla” klubunu qəbul edib. Görüşün taleyini bir qol həll edib.
48-ci dəqiqədə "Vorlska"nın futbolçusu Vladislav Kulaçın vurduğu qol qonaqlara üç xal qazandırıb.
“Qarabağ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) - 0:1
Qol: Kulaç, 48
Baş hakim: Roi Reinshreiber (İsrail)