Azərbaycan güləşçisi Rəsul Çunayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Teleqraf.com xəbər verir ki, R.Çunayev ardıcıl olaraq yapon və iranlı güləşçiləri məğlub edərək yarımfinala yüksəlib.
Lakin o, finalın bir addımlığında ikiqat dünya çempionu olmuş alman güləşçi ilə bacarmayaraq bürünc medal görüşünə çıxıb. Rusiyalı rəqiblə gərgin keçən qarşılaşmadan qalib ayrılan idmançımız dünya çempionatının bürünc medalına sahib olub.