Dortmundda keçirilən futbol oyunu zamanı baş verən iğtişaşlar nəticəsində 40 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, qarşıdurma Bundesliqanın 9-cu turu çərçivəsində yerli “Borussiya” ilə Berlin “Herta”sı arasında baş tutan görüşün gedişatında meydana gəlib. Oyun isə 2:2 hesabı ilə sona çatıb.
Asayiş keşikçiləri ilə toqquşmaları qonaq komandanın azarkeşləri yaradıb. Yaralılar arasında 5 polis əməkdaşı da var.