Türkiyə Superliqasında 10-cu turun görüşləri keçirilir.
Teleqraf.com xəbər verir ki, çempionluğa əsas namizədlərdən olan “Qalatasaray” səfərdə “Yeni Malatyaspor”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda hesabında 19 xal olan “Qalatasaray” üçüncü sırada qərarlaşıb. Eyni xala malik olan “Kasımpaşa” isə top fərqinə görə turnir cədvəlində ikinci yeri tutur. “Başakşəhər” komandası 21 xalla çempionatın vahid lideridir.
“Qalatasaray” növbəti turda noyabrın 2-də əzəli rəqibi “Fənərbağça”nı “Türk Telekom” stadionunda qəbul edəcək.