"Real"ın futbolçusu Anxel di Mariya bu gecə "Atletiko"ya qarşı keçiriləcək İspaniya Superkubokunun oyununda meydana çıxmayacaq.
Madrid klubundan ayrılacağı gözlənilən argentinalı yarımmüdafiəçinin adı bu matç üçün 18 nəfərlik heyətə daxil edilməyib.
Qeyd edək ki, Di Mariya "Atletiko" ilə ilk matçda iştirak edib. O, həmin görüşdə yaxşı oyunu ilə seçilib./qol.az/