Xulen Lopeteqini istefaya göndərən “Real” baş məşqçi axtarışındadır.
Teleqraf.com xəbər verir ki, Madrid klubu komandanın sabiq futbolçusu Mixael Laudrupa təklif göndərib. Lakin danimarkalı mütəxəssis “kral klubu”nun təklifini rədd edib. Laudrupun hazırda “Real”da klubdaxili xaos hökm sürdüyü üçün belə qərar verdiyi bildirilir.
Qeyd edək ki, 54 yaşlı məşqçi “Spartak” (Moskva), “Suonsi”, “Xetafe” kimi klubları çalışdırıb. Onun son iş yeri Qətərin “Əl Rayyan” klubu olub.