31 Oktyabr 2018 21:55
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Topaz Premyer Liqada VII turdan təxirə salınmış oyun keçirilib.

Teleqraf.com xəbər verir ki, "ASK Arena"dakı qarşılaşmada "Keşlə" və "Qarabağ" komandaları üz-üzə gəlib. Son turda "Neftçi"yə, ondan əvvəl isə Avropa Liqasının qrup mərhələsində Bakıda "Vorskla"ya uduzan Ağdam klubu 2 oyunluq qələbə həsrətinə məhz paytaxt təmsilçisi ilə matçda son qoymaq niyyətində idi. Amma bu dəfə də Qurban Qurbanovun komandası qalib gələ bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu matç Tərlan Əhmədovun "Keşlə"də baş məşqçi qismində ilk oyunu olub.

Topaz Premyer Liqası

VII turdan təxirə salınmış oyun

31 oktyabr

19:00. "Keşlə" - "Qarabağ" - 1:1
Qollar: Miçel, 56 (0:1), Sərtan Taşqın, 79 (1:1)
Qırmızı vərəqə: Samir Məsimov, 88 ("Keşlə")
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
"ASK Arena"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər