26-28 oktyabr 2018-ci il tarixlərdə Albaniyanın Albena şəhərində şotakan karate-do idman növü üzrə 10-cu Avropa çempionatı keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətdən Teleqraf.com-a verilən məlumata görə, 2 saylı İstintaq təcridxanasının əməkdaşı, ədliyyə çavuşu Əliyev Röyal Yaşar oğlu bütün rəqiblərini məğlub edib. O, Avropa çempionu adını qazanıb.