2 Noyabr 2018 01:00
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyn Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədovun cəzası ilə bağlı gözləntilərini dilə gətirib.

Teleqraf.com xəbər verir ki, Uayt Nurməhəmmədovun Konor Makqreqor ilə keçirilən yarışdan sonra dava salmasına toxunaraq deyib: "Hər şey Nevada Atletizm Komissiyasının əlindədir. Bilmirəm, nə olacaq. Dekabrda bilinəcək. Ümid edirəm edirəm ki, Həbibi 6 aylıq yarışlardan uzaqlaşdıracaqlar".

O, UFC-nin rusiyalı döyüşçüyə əlavə sanksiyalar tətbiq etməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Konor Makqreqorla döyüşdən sonra zalda dava salıb. Buna görə o, döyüşlərdən kənarlaşdırılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər