“Milah” Zlatan İbrahimoviçlə müqavilə bağlanılması haqqında danışıqlar aparır.
Teleqraf.com xəbər verir ki, hazırda “Los-Angeles Gallaxy” klubunda top qovan isveçli hücumçu növbəti ayda Milan komandasının formasını geyinə bilər:
“Tuttosport”un məlumatına görə, “Milan” isveçli forvarda yarımillik müqavilə təklif edir. Eyni zamanda sazişin müddətinin 1 il də uzadılması mümkündür. Lakin İbrahimoviç 1,5 illik müqavilənin dərhal imzalanmasını tələb edir.
Futbolçunun “Milan”da ildə 1,5 milyon avro qazanacağı gözlənilir.