Güney Azərbaycandan olan boksçu Türkiyədə “Traktor” (Təbriz) futbol klubunun bayrağı ilə rinqə çıxıb.
Teleqraf.com xəbər verir ki, qarışıq döyüş sənətləri (Mixed Martial Arts) yarışlarında iştirak edən Əhəd Qurbani bu döyüş növü üzrə ən güclü idmançılardan biri sayılır.
Növbəti görüşünü Türkiyədə keçirən Əhəd Qurbani rinqə “Traktor”un bayrağı və qədim türklərin milli baş geyimi ilə çıxıb.
İdmançının qaldırdığı bayraqda latın və ərəb əlifbalarında “Yaşasın Azərbaycan” və “Yaşasın “Traktor” şüarları yazılıb. Onun rəqibi olan idmançı da “Yaşasın Azərbaycan” və yazılmış banner nümayiş etdirib.
Azərbaycanlı idmançının bu hərəkəti türkiyəli tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Döyüşdə qələbə qazanan Əhəd Qurbani bundan əvvəl də bir neçə dəfə “Mixed Martial Arts” yarışlarında böyük uğurlara imza atıb.
Qarşılaşdan videogörüntünü təqdim edirik: