“Los-Anceles Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviç Avropaya qayıdacağı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, isveçli forvard xəbərləri təkzib edib. 37 yaşlı futbolçu komandadan ayrılmaq fikrində olmadığını söyləyib:
“Klub mənim arzularımdan xəbərdardır. Onlar hər zaman nəsə lazım olanda mənə və ailəmə kömək ediblər. Burada xoşbəxtik. Hər kəslə gözəl münasibətim var. Bir sözlə, heç nəyə görə narahat deyiləm”.
İbrahimoviç Avropa klublarından təklif aldığını da gizlətməyib: “Sirr deyil ki, Avropadan klublar mənimlə maraqlanır. Ancaq mən üstünlüyü “Qelaksi”yə verirəm. Burada olduğum üçün xoşbəxtəm”.
Qeyd edək ki, son vaxtlar İbrahimoviçin adı “Milan”la yanaşı hallanırdı.