Əlcəzair çempionatında faciəvi hadisə baş verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, “Kabiliya” və “Əlcəzair” komandalarının matçından sonra tribunadan meydana daş atılıb. Daş “Kabiliya”nın 25 yaşlı hücumçusu Albert Ebossenin başına dəyib. Kamerunlu futbolçu dərhal xəstaxanaya çatdırısa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Ebosse 17 qolla son Əlcəzair çempionatının bombardiri olub.