Rumıniyanın paytaxtı Buxarestdə sambo üzrə dünya çempionatı keçirilir.
Teleqraf.com-un xəbərinə görə, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan “Sərhədçi” İdman Klubunun üzvü Emil Həsənov finalda uduzaraq gümüş medal qazanıb.
Qeyd edək ki, bu dünya çempionatında Azərbaycan yeddi samboçu ilə təmsil olunur. Yeddi idmançımız sambo güləşində gücünü sınayır. Tanınmış samboçumuz Bəxtiyar Abbasov isə həm də döyüş sambosunda çıxış edəcək.
Dünya çempionatı noyabrın 12-də başa çatacaq.