İranın futbol üzrə Super Liqa yarışlarının növbəti turunun oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, bu turda Güney Azərbaycanın Təbriz şəhərini çempionatda təmsil edən “Traktor” İstagah təmsilçisi “Zob Ahən”i qəbul edib.
“Səhənd” stadionunda keçirilən matçda “Traktor” rəqibini darmadağın edib.
Təbriz təmsilçisinin vurduğu 4 qola “Zob Ahən”i yalnız bir qolla cavab verə bilib.
“Traktor”un qollarını oyunun 57, 59 və 64-cü dəqiqələrində şotland hücumçu Lori Erin və 75-ci dəqiqədə Məsud Şücai vurub. Rəqib komandadan isə oyunun 27-ci dəqiqəsində Möhsün Müsəlman fərqlənib.
Görüşdə 70 min nəfərdən çox “Traktor” tərəfdarı tamaşaçı qismində iştirak edib.
Bu nəticədən sonra “Traktor” 22 xalla turnir cədvəlinin 3-cü və “Zob Ahən” isə 11 xalla cədvəlin 11-ci yerində qərarlaşıb.